ABŞ dövlət katibi Kondoliza Rays və onun çex həmkarı Karel Şvarsenberq dünən Vaşinqton görüşü zamanı Avropada raketlərdən müdafiə sisteminin yerləşdirilməsi məsələsini müzakirə edib.
Dövlət katibi Rays bildirib ki, müasir terrirmzmlə mübarizə və kütləvi silahların yayılmasının qarşısının alınması səylərində anti-raket sistemi əsas amillərdəndir.
Kondoliza Rays Çex respublikası və Polşada yerləşdirilməsi nəzərdə tutulan raketlərdən müdafiə sistemi ilə bağlı NATO və planın kəskin şəkildə əleyhinə olan Rusiya ilə müzakirələr keçirildiyini bildirib.
Çex respublikasının xarici işlər naziri Karel Şvarsenberq deyib ki, onun ölkəsi müzakirələr məqsədi ilə prezident Buşun iyun ayı Almaniyada təşkil ediləcək sammitdən əvvəl Çex respublikasına səfərini səbirsizliklə gözləyir.