Accessibility links

Azərbaycanın ilk rok qrupunun mahnıları unudulmur


Rok musiqisi Amerikada ötən əsrin 50-60-cı illərində yarandı.

Sovet İttifaqında demək olar ki qadağan olunmuş bu musiqi növünün Azərbaycanda ilk qaranquşları imperiyanın qürub çağında – 1988-ci ildə, Sumqayıtda yarandı.

1990-cı ildə Fransadan dəvət alan qrup oraya getmək üçün Bakı-İstanbul-Paris reysinə bilet alır və İstanbulda onları soyurlar, bundan sonra pulsuz və kimsəsiz olan musiqiçilər məcbur olub İstanbulda çox ucuz qiymətə barda oxumağa başlayırlar. Sonrakı illərdə İstanbulda müxtəlif restoranlarda, barlarda və kazinolarda işləyirlər.

Qrup bir-neçə ildir ki, dağılıb, fəaliyyət göstərmir. Onlar haqda internetdə olan məlumatlara görə qrupun iki üzvü Türkiyədə, başqa iki üzvü isə Amerika Birləşmiş Ştatlarında yaşayırlar. “Ölümə çarə yox” qrupun ilkin tərkibdə yazdırdığı son albom oldu.

Qrupun bu illər ərzində üç albomu işıq üzü görüb. 1993-cü ildə Xəzərin sahilində, 1994-cü ildə Sumqayıt və 2001-ci ildə Ölümə çarə yox albomlarını yazdıran Yuxunun mahnıları Azərnbaycandakı ictimai siyasi durumun ritmini tuta bilib. Illər keçir, mahnılarsa aktuallığını itirmir. “Şər” kimi...

Qrupun əsas üzvlərindən olan Namiq Nəqdəliyev hal-hazırda Kıraç, Funda Arar, Haluk Levent, Barış Aksu və başqa rokerlərlə işləyir və onların musiqilərini bəstələyib ifa edir.

Azərbaycanca Rokun mümkünlüyünü "Yuxu" sayəsində kəşf etmiş roksevərlər bu qrupun tərzini məşhur "Metallika"ya bənzədirlər.

Amma inqilabi dəyişikliklər dövründə örtaya çıxan "Yuxu"nu əfsanəyə çevirən və sevdirən onun mahnılarının formasından çox, məzmunudur.

Proqramda vikipedia və digər internet səhifələrindəki məlumatlardan və musiqi fayllarından istifadə olunub.

Musiqi proqramını audio-formatda dinləyin

XS
SM
MD
LG