Accessibility links

Müharibələrin maliyyələşdirilməsi məsələsini müzakirə ediləcək


ABŞ-ın Konqres nümayəndələri bu gün bir araya gəlib, prezident Buşun veto ilə hədələdiyi İraq müharibəsinin maliyyələşdirilməsi məsələsini müzakirə edəcək. Demokratların nəzarəti altında olan, Senat və Nümayəndələr Palatasının üzvlərindən təşkil edilən komitə İraq və Əfqanıstan müharibələri ilə bağlı mübahisələrin aradan qaldırılmasına çalışacaq. Bu gün prezident Buş ABŞ-ın İraqdakı qüvvələrinin baş komandanı, general Deyvid Petrausla görüş keçirib. Corc Buş görüşdən sonra müxbirlərə bildirib ki, siyasətçilər İraqdakı generallara işlərini necə görməli olduqlarını deməlidir.

XS
SM
MD
LG