Accessibility links

Mətyu Brayza: Eynulla Fətullayevə adekvat olmayan cəza verilib


ABŞ dövlət katibinin yardımçısının fikrincə, Azərbaycanda böhtana görə cinayət məsuliyyətinin ləğvinə ehtiyac var

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri ilə yardımçısı Mətyu Brayza Amerikanın səsinin sualına cavabında Eynulla Fətullayevin həbsi ilə bağlı mövqeyini açıqlayıb.

Mətyu Brayza bildirdi ki, Birləşmiş Ştatlar üçün Azərbaycanda insan hüquqlarının vəziyyəti önəm daşıyır. “İnsan hüquqları və demokratiya ilə bağlı vəziyyət təkcə bizim ölkələr arasında dərin əməkdaşlıq nöqteyi nəzərindən deyil, həmçinin uzunmüddətli stabillik baxımından önəmlidir. İstənilən ölkədə stabillik siyasi legitimlik anlayışı üzərində qurulur ki, bu da demokratiya təcrübəsindən irəli gəlir. Bu, beynəlxalq siyasətin fundamental qaydasıdır. Hərçənd ki, demokratiyanın hər ölkəyə görə özəllikləri var.”

Eynulla Fətullayev haqqında kəsilən məhkəmə hökmü ilə bağlı cənab Brayza bunları dedi:

"Biz düşünmürük ki, Azərbaycanda demokratik institutlar ABŞ-dakı, və ya İsveçrədəki kimi olmalıdır. Lakin biz düşünürük ki, böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulmasına son qoymaq lazımdır. Konkret olaraq bu məhkəmə işi tamamilə böhtanın cinayət məcəlləsi ilə mühakimə olunması ilə bağlıdır. Və Realnı Azərbaycan qəzetinin redaktoru böhtana görə adekvat görünməyən çox uzun bir cəza alıb.”

Mətyu Brayzanın sözlərinə görə, o, Azərbaycanda böhtana görə cinayət məsuliyəti ləğv olunarsa, insan haqlari ilə bağlı vəziyyətin yaxşılaşacağına və demokratiyanın güclənəcəyinə inanır.

XS
SM
MD
LG