Accessibility links

İraqın baş naziri Küveytdədir


İraqın baş naziri Nuri Əl-Maliki Küveyt rəsmiləri ilə qarşılıqlı əlaqələr məsələsini müzakirə edib. Bu gün Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahla görüşən baş nazir İraqın Küveytə olan 16 milyard dollarlıq borcunu da müzakirə etməli idi. Qeyd edək ki, Küveyt hökuməti bu borcun böyük məbləğini İraqa bağışlayacağını elan etsə də, hələ bu sahədə heç bir iş görməyib. İraqın baş naziri Nuri Əl-Maliki Küveytə Misir liderləri ilə görüşlər keçirdiyi Qahirədən gedib.

XS
SM
MD
LG