Accessibility links

ABŞ dövlət katibi Konqresdə ifadə verməyi rədd edir


ABŞ dövlət katibi Kondolizza rays Buş administrasiyasının İraqın işğalının səbəblərinə dair ifadə verməsi ilə bağlı konqresin çağrışını rədd edəcəyini bildirib. Osloda müxbirlərlə söhbəti zamanı dövlət katibi deyib ki, o, dəfələrlə Buş administrasiyasının İraqın Nigerdən nüvə silahlarının istehsalı üçün uran aldığına dair iddiaları ilə bağlı bütün sualları cavablandırıb. Xatırladaq ki, bu iddiaların yalan olduğu aşkar edilib. Kondolizza Rays prezident Buşla müzakirə etdiyi məsələlərin icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olduğunu və Konqres qarşısında ifadə verməyə ehtiyac olmadığını bildirib. Qeyd edək ki, demokratların başçılıq etdiyi Nəzarət və Hökumət İslahatları Komitəsində dövlət katibinə çağırış göndərilməsi ilə bağlı qərar çərşənbə günü 21 leyhinə, 10 əleyhinə səslə qəbul edilmişdi. Kondolizza Rays komitənin bütün suallarına yazılı şəkildə cavab verməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG