Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ-ın mərkəzi Avropada raketlərdən müdafiə sisteminin yerləşdirilməsinə etirazını bir daha ifadə edib. Vladimir Putin deyib ki, sistem Rusiyanın Ural dağlarına qədər Avropa hissəsini əhatə edə bilər.
Rusiya prezidenti bu açıqlamaları bu gün Moskvada Çex Respublikasının prezidenti Vatslav Klausla danışıqlardan sonra verib. Cənab Putin ABŞ-ın Polşa və Çex Respublikasında raketlərin yerləşdirilməsinin İrandan mümkün təhlükələrin hədəf alınacağını təkid etməsi fikrini rədd edib. Rusiya lideri ölkəsinin buna cavab olaraq tədbirlər görəcəyini bir daha bəyan edib. Osloda NATO rəsmiləri cənab Putinin alyans ratifikasiya etmədikdə, Rusiyanın əsas silahlara nəzarət haqda müqavilədən çıxacağına dair hədələrlə bağlı bəyanatlarına aydınlıq gətirilməsini istəyəcəklərini bildiriblər.