Accessibility links

Estoniya naməlum əsgər abidəsini hərbi qəbristanlığa köçürür


Estoniya paytaxt Tallində zorakılıqla müşayiət olunan etiraz nümayişlərinin qarşısını almaq üçün naməlum əsgər abidəsinin yerini tezliklə dəyişmək qərarına gəlib.

Rəsmilər bu gün bildirib ki, İkinci dünya müharibəsində iştirak etmiş Qızıl ordu əsgərklərini tərənnüm edən tunc əsgər abidəsi mayın 9-dək hərbi qəbristanlıqda ucaldılacaq.

Hökumətin bu abidəni mayın sonunadək hardasa yerləşdirmək planı yox idi.

Tunc əsgər abidəsinin Tallinin mərkəzindən götürülməsi əsasən etnik ruslardan ibarət kütlənin etiraz nümayişlərinə səbəb olmuşdu.

Cümə axşamı nümayişçilərlə polisin toqquşması zamanı bir nəfər həlak olub.

XS
SM
MD
LG