Şri Lankalı media hüquqları institutu naməlum silahlı şəxsin ğölkənin şimalında Tamil jurnalistini qətlə yetirdiyini bildirib.
Azad Media Hərəkatı jurnalist Selvaraca Racivarmanın bu gün iğtişaşlı Caffna yarımadasında öldürüldüyünü bildirib. Hücumun moptivləri bəlli deyil.
Qurban Tamil dilində nəşr olunan Utayan qəzetində işləyirdi. Qəzet neytral sayılsa da Tamil inqilabçı qrupları arasında mənbələrə malik olduğu bildirilirdi.
Azad Media hərəkatı qətli pisləyərək, onun Şrilankadakı zorakılıq ənənələri, dözümsüzlük və təzyiqləri tərənnüm etdiyini bildirib.
Qrup son il ərzində Caffnada 6 jurnalistin öldürüldüyünü, hpkumətin isə onların qatillərini tapmaqda aciz olduğunu bildirib.