Accessibility links

Tehran Misirdə keçiriləcək İraq konfransında iştirak edəcək


İran bu həftə İraqda stabilliyin bərpa olunması yollarını axtarmaq üçün Misirdə təşkil ediləcək beynəlxalq konfransda iştirakını təsdiqləyib.

İran xarici işlər nazirliyinin sözçüsü nazir Mənuçöhr Mottəkinin cümə axşamı Misirin Şarm əl Şeyx istirahət zonasında işinə başlayacaq ikigünlük konfransda iştirak edəcəyini deyib.

Bu gün İraq baş naziri Nuri Əl Malikinin ofisindən də İran prezidenti Əhmədinejadın İraq liderinə telefon açdığı və Tehranın iştirakını təsdiqlədiyi bildirilib.

Konfransa qatılacaq ABŞ dövlət katibi Kondoliza Rays İran xartici işlər naziri Mottəki ilə görüşə biləcəyini istisna etməyib.

Xanım Rays ABC televiziyasına müsahibəsində konfransda söhbətin ABŞ və İran münasibətlərindən deyil, İraqın qonşuları və maraqlı tərəflərin ölkədə təhlükəsizlik vəziyyətini stabilləşdirməyə verə biləcəyi töhfədən gedəcəyini deyib.

Birləşmiş Ştatlar İranı İraqdakı ekstremist qrupları təlim və silahla təchiz etməkdə günahlandırır. Tehran ittihamları rədd edir.

XS
SM
MD
LG