Accessibility links

Corc Tennet Mərkəzi Kəşfiyyat İdarəsini müdafiə edir


Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş şefi Corc Tenet 2001-ci il 11 sentyabr hücumları, və daha sonra İraq müharibəsi ilə bağlı kəşfiyyat məlumatlarının lazımınca toplanmamasına görə tənqidə məruz qalan agentliyi müdafiə edib.

CBS kanalına müsahibəsində cənab Tenet bildirib ki, 2001-ci ilin ortalarında o gələn kəşfiyyat məlumatları barədə o dərəcədə narahat olmuşdu ki, məsələ barədə o zamankı milli təhlükəsizlik müşaviri, indiki dövlət katibi Kondoliza Raysa təcili brifinq vermək üçün müraciət etmişdi.

2004-cü ildə hər iki partiyanı təmsil edən müstəqil araşdırma qrupu Mərkəzi Kəşfiyyat İdarəsini bürokratik əngəllər ucbatından Əl Qaidənin real təhlükə olduğunu anlamamaqda günahlandırmışdı.

İraqa gəlincə, Tenet deyib ki, Buş administrasiyasında ölkəyə necə hücum etmək barədə tərəddüd və suallar olsa da, bunu edib etməməli olduqlarına heç zaman şübhə olmayıb.

2002-ci ildə müharibədən əvvəl İraqda küttləvi qırğın silahının olması barədə kəşfiyyatın rəyinə gəlincə, Tenet analitiklərin bu nəticəni texniki məlumatlardan çıxardığını deyib. O, edilən səhvin kəşfiyyat işçiləri üçün utanc olduğunu deyib.

XS
SM
MD
LG