Accessibility links

Jurnalist İsmayıl Cavadi yazdığı yazılara görə həbs olunduğunu deyir


Urmiyədə Ana dili günü ərəfəsində həbs olunan fəalların məhkəməsi keçirilir

Aprelin 28-də İranın Urmiyə şəhərindəki 1 saylı İslam İnqilab Məhkəməsində Beynəlxalq Ana dili günü ərəfəsində həbs olunan 5 nəfərin işi üzrə məhkəmə iclası keçirilib.

Əhməd Qüreyşi , Əbülfəzl Əlilu, Hüseyn Hüseynkiya, Cəfər Hüseynkiya və jurnalist İsmayil Cavadinin məhkəməsi başa çatsa da, hökm hələ də elan olunmayıb.

Urmiyənin tanınmış jurnalistlərindən olan, həftəlik Fərdaye Ma (Sabahımız) nəşrinin yazarı İsmayil Cavadi Amerikanın səsinə müsahibəsində onlara qarşı pantürkizm və rejim əleyhinə təbliğat, eləcə də separatçılıq ittihamları irəli sürüb.

21 fevral ana dili günü ərəfəsində həbs olunan müttəhimlər onlara qarşı irəli sürülən itrtihamları rədd edib, və basqı altında verilən ifadələrdən imtina ediblər.

Cənab Cavadi 20 gün ərzində vəkilsiz və ailə ilə heç bir təmas olmadan saxlanıldıqlarını, ailələrinə və özünə edilən basqılarla bağlı heç bir xəbər verilməməsi haqda təhdidlərə tuş gəldiyini söylədi.

Onun sözlərinə görə, həbsinin əsas səbəbi yazdığı yazılar olub.

Jurnalist Beynəlxalq ana dili günündə qaldırılan tələblərin haqlı olduğunu deyir.

İsmayil Cavadi və digər 4 müttəhim, hökm onlara təqdim edildikdən sonra 20 gün ərzində appelyasiya məhkəməsinə şikayət edə bilərlər. Amma jurnalist oradan ədalətli qərarın veriləcəyinə ümid bəsləmir.

Hələlik hökm bəlli olmasa da, hüquq müdafiəçiləri belə hallarda adətən bir ildən iki ilədək həbs cəzası kəsildiyini bildirirlər.

XS
SM
MD
LG