Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamenti prezident seçkiləri ilə bağlı yaranmış böhrandan çıxış yolu tapmaq üçün erkən ümumi seçkilər keçirməyə çağırıb.
Baş nazir Rəcəb Tayyib Ərdoğan seçkilərin iyunun 24-də - vaxtından 5 ay əvvəl keçirməyə çağırıb. O bu müraciətlə Türkiyənin Konstitusiya Məhkəməsi parlamentdə AKP-nin namizədi, xarici işlər naziri Abdullah Gülün də qatıldığı prezident seçkilərinin birinci raundunun nəticələrini ləğv etdikdən sonra çıxış edib.
Cənab Ərdoğan Konstitusiya Məhkəməsinin qərarını, parlamentin prezident seçməsinə əngəl törətməklə, demokratiyaya atılmış güllə adlandırıb.
Avropa Komissiyası bu gün bütün partiyaları məhkəmənin qərarına hörmətlə yanaşmağa, Türkiyə ordu rəhbərliyini isə siyasətdən uzaq durmağa çağırıb.