Accessibility links

NATO Rusiyanı Estoniya səfirliyinə qarşı təhdidlərə son qoymağa çağırır


NATO Rusiyanı Estoniyanın paytaxtındakı Sovet memorialının köçürülməsi ilə yaranmış mübahisənin həlli məqsədi ilə Estoniyanın Moskvadakı səfirliyinə qarşı təhdidlərə son qaymağa çağırıb. NATO-nun bəyanatında deyilir ki, Rusiya təcili olaraq Estoniya səfiri və onun diplomatik heyətinə qarşı qəbuledilməz hərəkərlərə son qoymalıdır.

Xatırladaq ki, dünən Estoniya səfirinin mətbuat konfransı zamanı zala daxil olan nümayişçılərə qarşı səfirin cangüdənləri istiotlu qazdan istifadə etmişdi. Rusiya isə Estoniyaya gedən qaz kəmərinin təmirə ehtiyacı oldğunu deyərək, qazın nəqlini dayandırmışdır.

XS
SM
MD
LG