Accessibility links

Azərbaycan, Rusiya və digər səkkiz ölkə geriləyənlər siyahısındadır


Bugün UNESCO və dünyanın dörd bir tərəfindən jurnalistlər Ümumdünya mətbuat azadlığı gününü qeyd edərək jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlığını bölüşür.

Dünyanın mətbuat azadlığı uğrunda mübarizə qrupları bir neçə həftə bundan əvvəl Qəzzada oğurlanmış Alan Conston kimi jurnalistlərin taleyinə biganə qalmamağa çağırıb.

UNESCO bu il Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı mükafatına 2006-cı ilin oktyabrında Moskvada öldürülən Anna Politkovskayanı ölümündən sonra layiq görüb. Politkovskaya 2006-cı ildə öldürülən 110 jurnalistdən biridir.

Bu arada Jurnalistləri müdafiə Komitəsi Azərbaycan və Rusiya da daxil olmaqla 10 ölkəni son 5 ildə mətbuat azadlığı ilə bağlı vəziyyətin pisləşməsinə görə tənqid edib. Ölkələr bu siyahıya senzura səviyyəsi, jurnalistlərin öldürülməsi və həbsi, media nümayəndələrinə edilən hücumlar və sair göstəricilərə görə daxil ediliblər.

XS
SM
MD
LG