Accessibility links

İraqda yüksək rütbəli Əl Qaidə məsulu öldürülüb


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin sözçüsü Uilyam Kolduel bildirib ki, Əl Qaidənin informasiya üzrə məsulu Müharib Əbdül Lətif əl Ciburi çərşənbə günü Bağdadda öldürülüb.

General Kolduelin sözlərinə görə, Ciburinin cəsədi tapıldıqdan sonra şəxsiyyəti DNT testi ilə müəyyənləşdirilib və əl Ciburinin qəbiləsinin nümayəndələrinə ötürülüb. Lakin sonra İraq rəsmilərinin cəsədi yoxlanış məntəqəsində müsadirə etdikləri deyilir.

General həmçinin ABŞ qüvvələrində İraq hökumətinin Əl Qaidənin bu ölkədəki rəhbəri Əbu Əyyub əl Məsri və İraq İslam dövlətinin Əbu Ömər əl Bağdadinin öldürülməsi barədə yaydığı xəbərləri təsdiq edəcək hər hansı məlumata malik olmadığını bildirib.

XS
SM
MD
LG