Accessibility links

Helmənd vilayətində intiharçı hücumu həyata keçirilib


Əfqanıstan rəsmiləri bu gün ölkənin Helmənd vilayətində intihar hücumunun iki polis işçisinin ölümünə səbəb olduğunu bildiriblər. Polis Nad Əli bölgəsində kəmərinə partlayıcı maddə bağlamış şəxsin polis maşınına tərəf qaçaraq, özünü partlatdığını deyib. Xəbərdə bildirilir ki, hücumun məsuliyyətini Taliban qrupu öz üzərinə götürüb.

Qeyd edək ki, son zamanlar Taliban yaraqlıları Əfqanıstan rəsmilərinə, NATO və koalisiya qüvvəlrinə qarşı hücumları artırmışlar.

XS
SM
MD
LG