Accessibility links

Türkiyədə nümayişlər davam edir


Türkiyənin qərbindəki Manisa və Çanaqqala şəhərlərində bu gün dünyəviçi hökumət çağırışları ilə minlərlə adam mitinglər keçirib. Miting iştirakçıları İslamçı keçmişi ilə tanınan Ədalət və İnkişaf Partiyasından, xarici işlər naziri Abdullah Gülün prezidentliyə namizədliyini geri götürməsinə çağırıblar. Onlar Türkiyənin qəti şəkildə dünyəviçi bir ölkə olaraq qalmasını tələb edirlər.

Bu arada bu gün keçmişdə hakimiyyətdə olan iki mərkəz sağ partiya, Ana Vətən və Doğru Yol partiyaları İyunun 22-də keçiriləcək parlament seçkilərində AKP ilə mübarizə üçün Demokrat Partiyası adı altında birləşdiklərini bildiriblər.

XS
SM
MD
LG