Accessibility links

Israilin təhlükəsizlik xidməti işgəcələrdə günahlandırılır


İsrailin iki insan hüquqları müdafiəsi qrupu İsrailin Şin Bet təhlükəsizlik xidmətini fələstinli məhbuslara işgəncə verməkdə günahlandırıb. Bu gün açıqlanan hesabatda bildirilir ki, təhlükəsizlik xidməti məhbusları dindirərkən fiziki təzyiqlər və müstəsna üsullara əl atır. B’Tselem və Hamoked mərkəzinin birgə hesabatı İordan çayının qərb sahilində 2005-ci ilin iyun, 2006-ci ilin yanvar ayları arasında həbs edilən 73 məhbusla aparılan sorğunun nəticələrinə əsaslanır. Bu arada Fələstin rəsmiləri BMT-nin təşəbbüsü ilə Qəzzada təsis edilən məktəbdə silahlı şəxslər tərəfindən Fətah partiyası rəsmilərindən birinin cangüdəninin öldürüldüyü bildirilir. Hücum zamanı 6 adamın yaralandığı xəbər verilir.

XS
SM
MD
LG