Accessibility links

Britaniyada Qordon Braunun baş nazir olacağı gözlənilir


Britaniyanın daxili işlər naziri Con Reyd bildirib ki, o, maliyyə naziri Qordon Braunun növbəti baş nazir olmasını dəstəkləyir və bu vəzifəyə öz namizədliyini irəli sürməyəcək. Reyd həmçinin bildirib ki, o, İyunun sonunadək hökumətdən istefa verəcək. Baş nazir Toni Bleyr ötən həftə hakimiyyətdə 10-cu ildönümünü qeyd etdi və bu həftə onun ofisi nə vaxt tərk edəcəyi haqda məlumat verəcəyi gözlənilir. Cənab Bleyrin vəzifəni tərk etməsindən sonra Əmək Partiyası daxilində cərəyan edəcək yarışda Qordon Braunun qələbə çalacağı gözlənilir.

XS
SM
MD
LG