Accessibility links

Prezident Buş kraliça Yelizavetanı Ağ Evdə qarşılayıb


Prezident Buş Britaniya kraliçası İkinci Yelizaveta və onun həyat yoldaşı şahzadə Filipi bu gün Ağ Evdə qarşılayıb. Dipolomatlar, qanunvericilər və digər yüksək səviyyəli qonaqlar daxil olmaqla, kraliçanın qarşılanma mərasimində 7000-dən artıq adam iştirak edib.

Bu gün axşam cənab Buş və birinci xanım Lora Buş kraliça Yelizaveta və şahzadə Filipin şərəfinə ziyafət verəcəklər. Bu, Corc Buşun prezidentliyi dövrü ən rəsmi bir ziyafət olacaq.

Cərşənbə axşamı günü kraliça Yelizaveta Vaşinqtondakı Uşaq Tibbi Mərkəzi və NASA fəza mərkəzində olacaq. Londona yola düşməzdən əvvəl Britaniya kraliçası İkinci Dünya müharibəsi veteranlarının xatirə memorialına əklil qoyacaq.

XS
SM
MD
LG