Accessibility links

Nikola Sarkozı: Fransız xalqı mənə səs verməklə dəyişikliyi seçdi


Fransanın yenicə seçilmiş mühafizəkar prezidenti Nikola Sarkozı deyib ki, dünənin səsverməsi ona dəyişiklik üçün mandat verib. Cənab Sarkozının dediyinə görə, Fransız xalqı ona səs verməklə dəyişikliyi seçib. Onun yeni administrasiyası ciddi iqtisadi və sosial islahatlar həyata keçirəcək.

Prezident Fransanın milli qürurunu geri qaytarmağa söz verib. Cənab Sarkozı həmçinin Birləşmiş Ştatlar və Avropa ilə münasibətləri yeniləşdirməyə söz verib. Prezident vəzifəsinin icrasına mayın 16-da başlayacaq.

XS
SM
MD
LG