Türkiyə parlamenti ölkə prezidentinin parlament deyil, xalq tərəfindən seçilməsi təklifi ilə bağlı debatlar keçirir. Hakim Ədalət və İnkişaf partiyası müxalifətin xarici işlər naziri Abdulla Gülün namizədliyinə etiraz etməsindən sonra bu dəyişikliyə çağırıb. Təklifdə prezidentlik müddətinin 7 ildən 5 ilə endirilməsi və ikinci dövr prezidentlik nəzərdə tutulur. Bu isə öz növbəsində ümummilli seçkilərin hər 5 ildən deyil, 4 ildən bir keçirilməsinə yol açacaq. Türkiyənin hakimiyyət müddəti başa çatmaqda olan prezidenti Əhməd Necdet Sezer dəyişikliklərə veto qoymaq hüququna malikdir.