İran 130 ölkə nümayəndəsinin iştirak etdiyi Vyana toplantısının gündəliyi ilə bağlı kompromisləri qəbul edib. Tehran gündəliyin qəbul edilməsinə nüvə silahlarının yayılmamasına dair sazişin şərtlərinə əməl edilməsi məqsədi ilə mane olduğunu bildirirdi. Qarşıdurma aprel ayının 30-dan, nüvə konfransının başladığı gündən davam edirdi. Lakin bu gün İran Cənubi Afrikanın təklifi ilə razılaşmışdır. Təklifdə deyilirdi ki, razılığa əməl edilməsi sazişin bütün şərtlərinin qəbul edilməsi deməkdir. Belə ki, Birləşmiş Ştatlar da daxil edilməklə, nüvə proqramına malik olan bütün ölkələrə silahsızlaşma ilə bağlı təzyiq göstərilməlidir.