Accessibility links

Əfqanıstanda əməliyyatlar zamanı 60-dan çox yaraqlı qətlə yetirilib


Əfqanıstan hərbi qüvvələrinin rəsmiləri Helmand vilayətində əfqan və NATO qüvvələrinin birgə keçirdiyi əməliyyat zamanı 60 yaraqlının qətlə yetirildiyini bildirirlər. Rəsmilərin dediyinə görə, Gereşk ərazisində aparılan əməliyyat davam edir. Əfqanıstanın cənubunda bu gün yaraqlıların NATO karvanını pusquya salması Qəndəhar yaxınlığında toqquşmaya səbəb olub. Döyüş zamanı bir nəfər mülki vətəndaşın öldüyü, bir neçə nəfərin yaralandığı xəbər verilir. Əfqanıstan rəsmiləri bildiriblər ki, ABŞ-ın başçılığı ilə qüvvələrin son vaxtlar əməliyyatları zamanı 50 mülki vətəndaş həlak olub. Bu, qəzəbli kənd sakinlərinin etirazlarına səbəb olub.
XS
SM
MD
LG