Rusiyada İkinci dünya müharibəsində nasist Almaniyası üzərində qələbə təntənəli şəkildə qeyd edilir. Ənənəvi olaraq, Moskvanın Qızıl meydanında minlərlə əsgər və veteranın iştirak ediyi izdihamlı nümayiş keçirilib.
Qələbə günü ənənəsi Rusiyada sovet dövründən sonra çox az dəyişib. Bu gün Rusiyada ən mühüm bayramlardan biridir. Nasizm üzərində qələbə günü müharibədə həlak olmuş 27 milyon sovet vətəndaşının xatirəsi yad edilir.
Qızıl ordunun müharibədəki rolu rusiyalılar tərəfindən yüksək qiymətləndirilir və bu il Qələbə günü qonşu Estoniyada ordunun verdiyi qurbanalara göstərilən hörmətsizlik böyük narahatlığa səbəb olub. Estoniya hökümətinin Sovet müharibə memorialını şəhərin mərkəzindən paytaxt Tallindəki hərbi qəbiristanlığa köçürməsi qərarı Moskvada bu ayın əvvəli kəskin nümayişlərə səbəb olmuşdur.
Rusiya bildirib ki, heykəlin köçürülməsi estonları nasistlərdən azad etmək üçün həyatlarını qurban vermiş əsgərlərə qarşı təhqirdir. Lakin Estoniya cavab olaraq bildirir ki, heykəl müharibədən bir il sonra baş vermiş Sovet müstəmləkəsinin rəmzidir.
Heykəl ətrafında mübahisələr iki ölkə arasında gərginliyin kəskin artmasına səbəb olmuşdur. Lenin heykəli qarışısında çıxış etmiş prezident Putin Estoniya hökümətinin qararını tənqid edib. Rusiya prezidenti deyib ki, Böyük Vətən müharibəsində həyatlarını qurban vermiş insanları saymayan, müharibə qəhrəmanlarının heykəllərinə qarşı hörmətsiz münasibət göstərənlər öz vətəndaşlarını təhqir edir və iki ölkə arasında qərqinlik yaradırlar.
Cənab Putin çıxışında Qələbə gününü yüksək mənəvi məna daşıyan bir bayram adlandırıb.