Accessibility links

Tbilisidə etiraz aksiyası


Təqribən üç minədək insan Tbilisidə Gürcüstan parlamentinin qarşısında prezident Mixail Saakaşvilinin istefası və prezident üsuli-idarəsinin ləğvi tələbi ilə aksiya keçirib.

Əmək Partiyasının təşkil etdiyi aksiyaya digər partiyaların nümayəndələri də qatılıb. Partiyanın lideri Şalva Natelaşvili cənab Saakaşvili və onun tərəfdarlarını 2003-cü il Qızılgül inqilabının məqsədlərini yerinə yetirməməkdə günahlandırıblar. Onlar həmçinin liderləri ölkənin sosial iqtisadi problemlərini həll edə bilməməkdə ittiham ediblər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək aksiyaları davam etdirəcəklərini deyiblər.

XS
SM
MD
LG