Accessibility links

Türkiyə parlamenti Konstitusiya dəyişikliyini qəbul etdi


Türkiyə parlamenti Ədalət və İnkişaf Partiyasının təklif etdiyi seçki islahatları paketinin əsas hissəsini təşkil edən konstitusiya dəyişikliyini təsdiq edib.

Dəyişiklik prezidentin parlament tərəfindən deyil, ümumi seçkilər vasitəsilə seçilməsinə imkan yaradır. Təklif olunan dəyişiklik Türkiyə Böyük Millət Məclisinin 550 üzvündən 370-nin səsini qazana bilib, layihənin referendum keçirilmədən təsdiqi üçün isə səslərin üçdə ikisinə ehtiyac var idi.

Dəyişikliyin qüvvəyə minməsi üçün prezident Əhməd Necdət Sezər ona imza atmalıdır. Lakin layihə bütün təkliflər paketi tam halda qəbul edilməyənədək prezidentə göndərilməyəcək.

Layihə həmçinin prezidentlik dövrünün tək 7 illik müddətdən maksimum iki 5-illik müddətə dəyişdirilməsini də nəzərdə tutur.

XS
SM
MD
LG