Accessibility links

ABŞ prezidenti və respublikaçı konqresmenlər arasındakı  mübahisələrin detalları açıqlanıb


Prezident görüşü İraq müharibəsinə dair açıq söhbət adlandıb. Görüş qeyri-adi yerdə, Ağ Evin yaşayış hissəsində təşkil edilib. Müzakirələrin tonu da qeyri-adi olub. Belə ki, respublikaçıları prezident Buşun onların dəstəyini nə vaxta qədər hesaba alacağı düşündürür.

İllinoiz şatatından konqresmen Rey Lahud müzakirələrin həqiqətən səmimi və heç bir maneə qoyulmadan keçirildiyini deyib. Respublikaçı qanunvericilərin hamısı prezidentə dəstək versə də, bir çoxları ona qarşı təzyiqlərin artırılmalı olduğunu deyir. İndi reklam kampaniyalarında da buna yer verilir. Generallar - Con Batist, Pol İton və Vesli Klark müharibə əleyhinə olan veteranlarla birgə televiziya reklamları kampaniyası aparır.

XS
SM
MD
LG