Accessibility links

Rusiya, Qazaxıstan və Türkmənistan qaz tranzit anlaşması imzalayıb


Rusiya Türkmənistan və Qazaxıstan liderləri Xəzər dənizinin sahili boyu təbii qaz kəmərinin çəkilişi üzrə razılaşma imzalayıblar. Üç keçmiş sovet respublikasının prezidentləri anlaşma haqqında bugün Türkmənbaşıda keçirilən sammitdə məlumat veriblər.

Rusiya rəqib Birləşmiş Ştatların dəstəklədiyi Xəzər dənizinin dibindən salınması nəzərdə tutulan və Rusiya ərazisindən keçməyən kəmər layihəsinə qarşı bu sahilboyu marşrutu təşviq edir.

Türkmənistan prezidenti Qurbanquli Berdımuhəmmədov bu gün müxbirlərə deyib ki, elan olunan layihə digər marşrutun tamamilə kənara atıldığı anlamına gəlmir.

Üç ölkə nümayəndələri həmçinin Mərkəzi Asiyadan qaz ixracını artırmaq üçün Özbəkistanla birgə Sovet dövrünün kəmərlərinin bərpa olunması istiqamətində işbirliyini ehtiva edən birgə bəyannamə də imzalayıblar.

Prezidentlər Vladimir Putin, Qurbanquli Berdımuhəmmədov və Nursultan Nazarbayev Xəzər dənizinin cənub şərq sahillərindən Rusiyaya uzanan yeni kəmər üzərində işin gələn il başlayacağını bəyan ediblər

XS
SM
MD
LG