Accessibility links

Kosovonu Avropa Birliyinin nəzarəti altına vermək istəyirlər


ABŞ və onun Avropalı müttəfiqləri Kosovonun Serbiyadan azad olub müstəqil olmağına yol açan BMT Təhlükəsizlik Şurası qərarının layihəsini yayımlamışlar. Layihə müəllifləri sənədin tezliklə qəbul olunması üçün səyləri artırırlar.

Qərar layihəsi cümə günü Təhlükəsizlik Şurasında keçirilmiş qısa müzakirədən sonra yayımlanmışdır. Bu ay Təhlükəsizlik Şurasına rəhbərlik edən və Kosovo məsələsini əsas mövzü etmiş ABŞ səfiri Zalmay Xəlilzad, jurnalistlərin təqdimatdan sonra verilmiş suallarına cavab verməkdən imtina etmişdir: "Kosovo barədə qətnamənin layihəsi Şuranın üzvü olan bir neçə Avropa ölkəsi, Almaniya və Birləşmiş Ştatlar tərəfindən hazırlanmışdır. Layihə bu qün yayımalanacaq və mən sizə xoş həftə sonu arzulayıram."

E-mail vasitəsi ilə qün ərzində yayımlanmış qətnamə layihəsi BMT-nin xüsusi səfiri Marti Ahtissarinin Kosovonun Avropa Birliyinin nəzarəti altındakı müstəqilliyi barədə təklifini dəstəkləyir.

Qətnamədə Serbiya vilayətində BMT idarəçiliyindən Avropa Birliyi idarəçiliyinə 120 qünlük keçid prosesi təsdiqlənir. Cənab Ahtisaari səfir Xəlilzad ilə dünən qörüşərək planın detallarını müzakirə etmişdir. Bundan sonra Amerikanın səsi radiosuna verdiyi müsahibədə cənab Ahtisaari ona qöstərilən dəstəkdən məmnun olduğunu bildirmişdir: "Mən çox şadam ki Avropa və ABŞ mənim planımı dəstəkləyirlər. Mən ümüd edirəm ki, qeniş dəstək tapan bu plan Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunacaq."

Bir neçə Qərb diplomatı güman edirlər ki, veto hüququna malik olan Rusiya və Çin daxil olmaqla bir neçə Şura üzvünün ehtiyatlı yanaşmasına baxmayaraq, qətnamə layihəsi may ayının axırına kimi səsverməyə qoylacaq.

Xatırladaq ki, Kosovo 1999-cu ildən BMT-nin idarəçiliyi altındadır. O vaxt NATO qüvvələri bomba hücumları edərək, Serb qüvvələrinin 10 min Kosovo albanının ölümü ilə nəticələnmiş 2 iilik hərbi əməliyyatlarına son qoymuşlar.

Cənab Ahtisaarinin planı BMT rəhbərliyinə son qoyur və onun qanunları və yerli rəsmiləri dəyişdirmək hüququnu nəzərdə tutan Avropa Birliyi idarəçiliyi ilə əvəz olunmasını təklif edir.

XS
SM
MD
LG