Accessibility links

Prezident Buş Amerikada ilk ingilis məskunlaşmasının 400-cü ildönümünü qeyd edib


Prezident Buş Amerikada ilk ingilis məskunlaşmasının 400-cü ildönümünü qeyd edib. Prezident və birinci xanım Lora Buş Virciniya ştatının şərqində tarixi Ceymstaun şəhərciyində olublar. Prezident Buş yaxınlıqdakı Vilyamsburq şəhərində çıxış edib. Öz nitqində o, Ceymstaunun köhnə dünyadan yeni dünyaya insanların miqrasiyasını təmsil etdiyini bildirib. Cənab Buş deyib ki, çətinliklərə sinə gərən ingilis mühacirlər Birləşmiş Ştatlarda demokratiyanın toxumlarını səpiblər.
XS
SM
MD
LG