Accessibility links

İraqda itkin düşmüş əsgərlərin axtarışı aparılır


Minlərlə ABŞ əsgəri artıq 3-cü gündür ki, İraqda itkin düşmüş 3 əsgər yoldaşlarını axtarır. Vertolyotlar və İraq qüvvələrinin müşayiəti ilə əsgərlər qapı-qapı gəzərək evlərdə və fermalarda axtarışlar aparıblar. İraq rəsmilərinn dediyinə görə, əməliyyatlar zamanı ən azı 2 yaraqlı öldürülüb. ABŞ hərbi sözçüsü deyir ki, 3 əsgərin oğurlanmasında Əl-Qaidənin əli var. İraqda İslam Dövləti adlanan Əl-Qaidə qrupu hücum haqda İnternet səhifəsində məlumat yayıb. Bu arada cənubi İraqda yolkənarı bomba partlayışı zamanı bir Danimarka əsgəri həlak olmuş, 5 nəfər isə Bəsrə yaxınlığında yaralanmışdır.

XS
SM
MD
LG