Accessibility links

Rəcəb Tayyip Ərdoğan:"Türkiyə dünyəvi dövlət olaraq qalacaq"


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ölkənin dünyəviçi sistemini dəstəklədiyini bildirərək, Türkiyənin sosial, dünyəviçi bir ölkə olduğunu və bunun dəyişməyəcəyini deyib. Bu gün İstanbulda təşkil edilən mətbuat konfransında baş nazir dünyəviçiliyi islam əleyhinə çevirməyin yanlışlıq olduğunu bildirib. Rəcəb Tayyip Ərdoğan deyib ki, dünyəviçiliyə ehtiram hər bir şəxsin həyat tərzinin təminatı deməkdir.

XS
SM
MD
LG