Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İranın texniki problemləri həll etdikdən sonra uranın zənginləşdirilməsi proqramını daha da genişləndirdiyini deyirlər. Nüvə ekspertləri və diplomatik mənbələrə istinadən bildirilir ki, müfəttişlər İranın 1300 sentrifuqadan istifadə və nüvə reaktorları üçün yanacaq istehsal etdiyini müyyən edib. BAEA-nin müfəttişləri İranın Natanz nüvə obyektində bazar günü yoxlanış aparıblar. Gələn həftə müfəttişlər BMT-nin Təhlükəsizlik Şurasına hesabat verməlidir.