Accessibility links

Ukrayna hökuməti konsensuslu qərara nail olunmasına çalışır


Ukrayna prezidenti Viktor Yuşçenko və baş nazir Viktor Yanukoviç erkən seçkilərin vaxtını müəyyənləşdirə bilməyiblər. Onlar bu gün ölkədə yaranmış qarşıdurmanın həlli üçün danışıqlar keçiriblər.

Təhlükəszlik Şurasının rəhbəri İvan Plyuş deyib ki, parlamentin işçi qrupları razılaşma əldə etdikdən sonra seçkilərin tarixi müəyyən olacaq. Hökumət bir sıra partiyaların təmsil olunduğu işçi qrupunu təsis edərək bu yolla konsensuslu qərara nail olunmasına çalışıb. Ukraynanın islahatçı prezidenti və onun Rusiyapərəst rəqibi, baş nazir ayın əvvəlində erkən seçkilərin keçirilməsinə razılıq vermişdilər.

XS
SM
MD
LG