Accessibility links

Çatham Haus İraqın dağılma və parçalanma qarşısında olduğunu bildirir


Britaniyanın Araşdırma İnstitutunun hesabatında İraqın dağılma və parçalanma qarşısında olduğu haqda xəbərdarlıq verilir. Londonda yerləşən Çatham Hous-un hesabatına əsasən, İraq hökuməti ölkədə yeganə hakim deyil, əsas etibarilə zəifdir və bir çox hallarda işə yaramır.

Hesabatın müəlliflərindən biri olan Qaret Stansfild deyib ki, İraqda bir deyil, bir necə vətəndaş müharibəsi mövcuddur. Hesabatda hazırkı hərbi taktikaların zorakılıqları azalda bilmədiyi qeyd edilir və qabaqcadan söylənilir ki, İraqın təhlükəsizlik qüvvələri beynəlxalq qüvvələrin çəkilməsindən sonra öz işini görə bilməyəcək.

XS
SM
MD
LG