Accessibility links

Böyük Səkkizlərin görüşü başa çatdı


Böyük Səkkizlər qrupunun müdafiə nazirləri Almaniyada keçirilən iki günlük görüşdən sonra bəyanat veriblər. ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya, Kanada və Rusiyanın birgə bəyanatında bildirilir ki, iqtisadi artım son 5 il ərzində yüksələn xətlə inkişaf edib. Artımın bir çox regionda tarazlı şəkildə qeydə alındığı deyilir. Sənəd Afrika ölkələrində maliyyələşdirmə prosesinin yaxşılaşdırılmasına çağırıb. Nazirlər yoxsulluqla mübarizə öhdəliklərinə sadiq qalınacaqlarına da vəd veriblər.

XS
SM
MD
LG