Accessibility links

Çində çoxsaylı ev quşu məhv edilib


Çin hökuməti mərkəzi Hunan vilayətində quş qripi virusunun aşkar edildiyini təsdiq edib. Kənd Təsərrüfatı Nazirliyinin Tsinxua xəbər agentliyinə bildirdiyinə görə, H5N1 virusu 11000 ev quşunun kütləvi şəkildə ölməsinə yol açıb. Rəsmilər vəziyyətin nəzarət altına alındığını və virusun insanlar arasında yayılmadığını deyirlər. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə 53000 ev quşunun məhv edildiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, 2003-cü ildən dünyada 185 adam quş qripi səbəbi ilə dünaysını dəyişib.

XS
SM
MD
LG