Accessibility links

Rusiya jurnalistləri mətbuat azadlığının məhdudlaşdırılması əleyhinə nümayiş keçirib


Moskvada yüzlərlə nümayişçi Rusiyada dövlətin mediyaya repressiv və güclənən nəzarətinə etiraz əlaməti olaraq Rusiya xəbər agentliyinin qarşısında aksiya keçirib. Təxminən 300 jurnalistin iştirak etdiyi dinc aksiya Rusiya xəbər agentliyinin dörd jurnalistinin rəhbərliyin Rusiya haqda müsbət xəbərlər verməyə dair göstərişinə etiraz edərək işdən çıxmasından bir neçə saat sonra baş verib. Assoşieyted Press agentliyi müxalifət lideri Qriqori Yavlinskiyə istinadən xəbər verib ki, etriraz nümayişləri siyasi senzura və Kreml tərəfdarı rəhbərlərin mediaya nəzarəti artırmasına diqqəti çəkmək məqsədi güdür.
XS
SM
MD
LG