Accessibility links

On minlərlə türk islamçı rejimə


On minlərlə türk bu gün ölkənin islami köklərə malik hökumətinə qarşı etiraz aksiyası keçirib. Samsunda toplaşan nümayişçilər Türkiyə dünyəvidir və dünyəvi qalacaq şüarları qışqırıblar.

Müasir dünyəvi Türkiyənin qurucusu Mustafa Kamal Atatürk İstiqlal savaşını məhz Qara dəniz sahilindəki bu şəhərdən başlamışdı.

Dünyəvi quruluş tərəfdarları Ankara İstanbul və bir milyondan artıq adamın iştirakı ilə İzmirdə də baş nazir Rəcəb Tayyib Ərdoğanın hökuməti əleyhinə nümayişlər keçirmişdi.

Cənab Ərdoğan ölkənin dünyəvi qanunlarına dəstək verəcəyini desə də, onun opponentləri baş naziri gizli islamçı planları olmaqda günahlandırır.

Türkiyənin dünyəvi quruluş tərəfdarı olan ana müxalifətçi Cumhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyası ötən həftə iyul parlament seçkilərində birgə iştirak üçün alyans yaradıblar.

XS
SM
MD
LG