Accessibility links

Vaşinqtonda türklər nümayiş keçirib


Vaşinqton və ətrafında yaşayan türklər vətənlərində dünyəvi dövlət sistemini müdafiə məqsədilə bazar günü Ağ Evin qarşısında yerləşən Lafayet Parkında nümayiş keçiriblər. Türk və Amerika bayraqları daşıyan, beş yüzə qədər nümayişçi “Türkiyə dünyəvi bir ölkə olaraq qalacaq”,” Şəriətə və çevrilişə yox”, " Türkiyənin demokratik sistemini dəyişmək olmaz”, “Daxildə və xaricdəki düşmənlərlə mübarizə aparacağıq” kimi şuarlar səsləndiriblər. Türkiyənin müxtəlif şəhərlərində keçirilən nümayişləri himayə etdiklərini bildirən, Vaşinqton və ətrafında yaşayan türklər Türkiyədəki həmvətənlərini iyunun 22-də keçiriləcək seçkilərdə səs verməklə dünyəvi sistemin saxlanmasına kömək etməyə çağırmışlar. Lafayet Parkından Düpon Meydanınadək yürüş keçirən nümayişçilər Türkiyənin milli himnini oxuyandan sonra dinc şəraitdə dağılmışlar.
XS
SM
MD
LG