Accessibility links

İran prezidenti Mahmud Əhmədinejad Belarusdadır


İran prezidenti Mahmud Əhmədinejad iki günlük rəsmi səfərlə Belarusdadır. Dünyanın diplomatik baxımdan təcrid edilmiş iki lideri Mahmud Əhmədinejad və Aleksandr Lukaşenko arasında müzakirələr enerji, ticarət və texnologiya sahələrini əhatə edib. Bu gün iki ölkə başçısı İslam respublikasında neft sektorunun birgə inkişafına dair razılıq əldə ediblər. Razılıq barədə bəyanat Belarusun prezidenti Lukaşenko tərəfindən verilib. Avropanın sonuncu diktatoru adlandırılan Lukaşenko qərbdə insan hüquqlarının vəziyyəti və müstəqil mətbuta qarşı repressiyaları ilə tanınır.

XS
SM
MD
LG