Accessibility links

Rusiya hökumətinin siyasətinə qarşı etiraz yürüşləri davam etdiriləcək


Rusiyanın aparıcı müxalifət lideri, şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov hökumət siyasətinə qarşı etiraz yürüşlərinin davam edəcəyini bəyan edib. “Driqaya Rossiya” adlı koalisiyanın rəhbəri Kasparov bu gün müxbirlərə bildirib ki, iyun ayında Sankt-Peterburqda keçiriləcək beynəlxalq iqtisadi konfrans zamanı hökumətə qarşı nümayişlər planlaşdırılır. Moskva polisi bu yaxınlarda Kasparov və başqa müxalifət liderlərini Samarada keçirilən Rusiya-Avropa Birliyi sammiti zamanı etiraz aksiyalarına getməyə icazə verməmişdi. Polis onların biletlərini və pasportlarını müsadirə etmişdi. O vaxt mətbuat konfrasında çıxış edən Almaniya kansleri Angela Merkel etiraz aksiyası iştirakçılarına tətbiq edilən qadağalara etiraz etmişdi. Bu arada Beynəlxalq Helsinki İnsan Hüquqları Federasiyası cənab Putini Rusiya vətəndaşları və təşkilatlarının öz siyasi hüquqlarını izhar etməsinə qadağalar qoymamağa çağırıb.

XS
SM
MD
LG