Accessibility links

Rusiya Litvinenkonun qətlinə dair sübut istəyir


Rusiyanın baş prokuroru deyir ki, əgər Böyük britaniya keçmiş Rusiya kəşfiyat agenti Aleksandr Litvinenkonun qətlində əsas şübhəli sayılan Andrey Luqovoy haqqında kifayət qədər dəlil təqdim etsə, Rusiya məhkəməsi onun haqqında iş başlaya bilər.

Baş prokuror Yuri Çayka özünün Britaniyalı həmkarı Piter Qoldsmitlə böyük səkkizliyin ədliyyə rəsmilərinin görüşü çərçivəsində keçən söhbətində bildirib ki, əgər Rusiya müstəntiqləri Luqovoy haqqında kifayət qədər dəlilin olduğunu müəyyənləşdirsələr onun haqqında cinayət işi açıla bilər.

Britaniya tərəfi bu həftə Luqovoyu ittiham etmək üçün əldə kifayət qədər əsas olduğunu bildirmişdi. Luqovoy bu ittihamları siyasi adlandıraraq qətldə əli olmadığını deyib.

XS
SM
MD
LG