Accessibility links

ABŞ-ın Nümayəndələr Palatası İraq və Əfqanıstandakı  hərbi əməliyyatlar üçün büdcə layihəsini  təsdiq edib


Birləşmiş Ştatların Nümayəndələr Palatası bu gün İraq və Əfqanıstanda Amerika hərbi əməliyyatlarına maliyyəö vəsaiti ayrılmasını nəzərdə tutan sənədi təsdiqləyib.

Demokratlar bu qanun layihəsinə ABŞ qoşunlarının İraqdan çıxarılması üçün vaxt qoyan müddəanı salmaq tələblərini geri götürüblər. 120 milyard dollarlıq büdcə layihəsi Sentyabra qədər hərbi əməliyyatların maliyyələşdirilməsi ilə yanaşı bəzi yerli proyektləri və minimum əmək haqqının qaldırılmasını nəzərdə tutur.

Qanun layihəsi həmçinin İraq hökumətinin siyasi stabillik və təhlükəsizlik baxımından əldə etməli olduğu nailiyyətləri də müəyyənləşdirir. Bu nailiyyətlər əldə edilməzsə, iraqlılar həyati əhəmiyyət daşıyan yenidənqurma işləri üçün yardımdan məhrum ola bilərlər.

XS
SM
MD
LG