Çinin Tsinxua xəbər agentliyinin bildirdiyinə görə, ölkənin cənub-qərb bölgəsində güclü yağışların səbəb olduğu daşgınlar 21 adamın ölümü, 11-nin itkin düşməsi ilə nəticələnib. 112000 insanın evakuasiya edildiyi bildirilir. Tsinxuanın verdiyi digər bir məlumatda deyilir ki, Çinin Gansu vilayətində son 60 il ərzində ən ciddi quraqlıq səbəbi ilə içməli su qıtlığı yaranıb. Quraqlıq 200000 hektarlıq əkin sahələrinə ziyan vurub. Son iki ay ərzində bu bölgədə yağıntı olmayıb.