Accessibility links

İndoneziyada zəlzələ qurbanlarının xatirəsi anılıb


Bu gün İndoneziyanın Cava adasında 5700 adamın ölümü ilə nəticələnən zəlzələnin birinci ildönümü qeyd edilib. Zəlzələdən xilas olanlar və qurbanların ailə üzvləri həlak olanların xatirəsini sübh duası ilə anıblar. Rixter şkalası ilə 6.3 bal gücündə zəlzələ 40000 insanın yaralanmasına, onların bir çoxunun fiziki və psixoloji travma almasına səbəb olub. Zəlzələ 250000 evin dağılması ilə nəticələnib.

XS
SM
MD
LG