Accessibility links

Ukraynada siyasi böhran həll edilir


Ukrayna prezidenti Viktor Yuşenko ilə baş nazir Viltor Yanukoviç təhrikçiliyə son qoyulması və parlament seçkilərinin sentyabr ayının 30-da keçirilməsi barədə razılıq əldə ediblər. Bu gün prezidentin veb səhifəsində yayımlanan birgə bəyanatda deyilir ki, onlar parlamentin spikeri ilə bərabər çərşənbə axşamı və çərşənbə günləri parlamentin iclasının çağırılmasında razılığa gəliblər. Bunun məqsədi azad, şəffaf və demokratik seçkilərə hazırlıqdır. Prezident Yuşenko deyib ki, razılıq Ukraynada böhranın başa çatmasına dəlalət edir. Razılıq prezident Yuşenko və baş nazir Yanukoviç arasında iki gün davam edən müzakirələrdən sonra əldə edilib.

XS
SM
MD
LG