Accessibility links

ABŞ-la İran arasındakı yüksək səviyyəli danışıqlar başa çatdı


Birləşmiş Ştatlarla İran arasındakı 30 ilə yaxın bir müddətdən sonra ilk yüksək səviyyəli danışıqlar başa çatıb. Bağdadda İraqın təhlükəsizliyi ilə bağlı bir neçə saat davam edən danışıqların detalları barədə məlumat verilmir.

Birləşmiş Ştatların İraqdakı səfiri Rayan Kroker iranlı həmkarı Həsən Kazemiyə deyib ki, İran Birləşmiş Ştatlar və İraq hərbi qüvvələrinə qarşı döyüşən ekstremist qruplara dəstəyini dayandırmalıdır. İran rəsmiləri isə İraqdakı yaraqlıların hücumlarının məsuliyyətini daşıdığını rədd edir.

Bu arada bu gün Bağdadda baş verən bomba partlayışı azı 21 adamın ölümünə, 66 nəfərin isə yaralanmasına səbəb olub.

XS
SM
MD
LG